Interposta.Info

Ərdoğanın ən böyük rəqibi ortaya çıxdı –

Dünya
 23-04-2018, 09:06     10 352

Türkiyədə keçiriləcək prezident seçkilərində Abdullah Gül namizəd qismində iştirak edəcək.

Axar.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan iddialara görə, bir qədər əvvəl namizədliyə müsbət yanaşmayan Gül, fikrini dəyişərək, 100 min imza ilə namizədliyini irəli sürmək üçün təmaslara başlayıb.

Gülün CHP, İYİ və Səadət partiyalarının dəstəyini almaq istədiyi, ancaq CHP daxilində yaşanan xaos və Maral Akşənərin namizədliyə görə təkid etməsindən narazılığını ifadə etdiyi bildirilir. Gülün sözügedən siyasi partiyaların ortaq namizədi olaraq seçkiyə qoşulması və MHP-AKP blokuna qarşı blok yaradaraq prezident seçkilərini ikinci mərhələyə daşımaq istədiyi qeyd olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26