Interposta.Info

Tayvanda güclü zəlzələ nəticəsində otel uçub,

Dünya
 7-02-2018, 00:22     10 426

Tayvanın şərqində yerləşən Xualyan şəhərində baş vermiş güclü zəlzlə nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin CGTN dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, daha 29 nəfər xilasedicilərin səylərinə baxmayaraq, "Marshal" otelində çıxılmaz vəziyyətdə qalıb. Otelin binası qismən dağılıb və güclü yeraltı təkanlar nəticəsində otel şaqüli vəziyyətdə əyilib.

KİV-in məlumatına görə, zəlzələ zamanı azı beş bina qismən dağılıb, körpülərə, asvalt örtüklərinə, trotuarlara ziyan dəyib.

Axtarış-xilasetmə işlərinə təqribən 100 hərbçi cəlb olunub. Onlara daha 250 əsgərin qoşulacağı gözlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26