Interposta.Info

Rusiya təyyarəçisi yerdə terrorçularla döyüşüb və özünü partlatdı -

Dünya
 5-02-2018, 15:53     10 347

Rusiya Hava Kosmik Qüvvələrinin ötən həftə sonu Suriyanın İdlib əyaləti üzərində vurulan Su-25 döyüş təyyarəsinin katapult edərək yerə enəndən sonra “Ən-Nüsra Cəbhəsi” yaraqlıları ilə döyüşərək həlak olan pilotu mayor Roman Filipovdur.

Virtualaz.org xəbər verir ki, terrorçular pilotun sənədlərinin, düyməli mobil telefonunun və bank kartlarının görüntülərini internetdə yayıblar.

“Kommersant” yazır ki, mayor Filipov təyyarəni xilas edə bilməyəcəyini görərək katapult düyməsini basıb. Terrorçular onun paraşütünü havada görən kimi atıcı silahlardan atəşə tutublar. Lakin pilot yerə salamat enib, özünə mövqe seçərək möhkəmlənib və yerini Hmeymin aviabazasının axtarış-xilasetmə qüvvələrinə bildirib. Yaraqlılar pilotun mövqeyini müəyyən edərək onu əsir götürməyə çalışıblar, ancaq mayor xidməti tapançası ilə döyüşə girərək onlardan ikisini yaralayıb. Vəziyyətin çıxılmaz olduğunu görəndə isə özünü qumbara ilə partladıb. Gözlənilir ki, pilota ölümündən sonra Rusiya Qəhrəmanı adı veriləcək.
Rusiya təyyarəçisi yerdə terrorçularla döyüşüb və özünü partlatdı -


***

Rusiya Hava Kosmik Qüvvələrinin ötən gün Suriyanın İdlib vilayəti üzərində “Ən-nüsra Cəbhəsi” terrorçuları tərəfindən vurulan Su-25 təyyarəsinin pilotu katapult edərək paraşütlə yerə enəndən sonra onu əsir götürməyə çalışan terrorçularla atışmaya girib.

Virtualaz.org xəbər verir ki, bundan əvvəl yaraqlılar təərfindən pilotun xidməti “Steçkin” tapançasının və güllə daraqlarının görüntüləri yayılmışdı. Görüntülərə əsasən 20 güllə tutan daraqlardan biri tamamilə boşalmışdı, ikinci daraq isə yarıya qədər boş idi. Bu görüntülər pilotun yerə enəndən sonra terrorçularla atışmaya girdiyi qənaətini yaradırdı.
Rusiya təyyarəçisi yerdə terrorçularla döyüşüb və özünü partlatdı -


Bu gün internetdə Suriya terrorçularının fəaliyyətini izləyən “Directorate” Telegram-kanalında Rusiya pilotunun həqiqətən döyüşə girdiyini göstərən kadrlar yayılıb. Bir neçə saniyəlik görüntülərə əsasən silahlıların bir qrupu pilotu əsir götürməyə çalışır, lakin pilot onlarla döyüşür və sonda əsir düşməmək üçün özünü qumbara ilə partladır.

Rusiya Müdafiə Nazirliyi pilotun terrorçularla döyüşdə həlak olduğunu təsdiqləyib, lakin hələlik onun kimliyini açıqlamayıb.

interposta.info

Rusiya təyyarəçisi yerdə terrorçularla döyüşüb və özünü partlatdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26