Interposta.Info

Nazirə şok məktub: Sənə 3 güllə ayırdıq...

Dünya
 2-02-2018, 19:13     10 351

Yunanıstan Xarici İşlər naziri Nikos Kocias naməlum şəxslər tərəfindən təhdid edilir.

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstanın Vətəndaşların Müdafiəsi naziri Nikos Toskas telekanallardan birinə açıqlamasında deyib.

O bildirib ki, sözügedən təhdidlə bağlı məktub alıb:

“Məktubda: Nikos Kocias, sənin üçün 3 güllə ayırmışıq - yazılıb. Təkcə nazirin özü yox, ailəsi də təhdid edilir”.

Məlumata görə, Kociasın özü də Tvitter hesabındakı paylaşımında müəyyən çevrələr tərəfindən təhdid edildiyini bildirilib.

Ehtimal edilir ki, Yunanıstanla-Makedoniya arasında yaşanan böhrandan dolayı nazirə hədə-qorxu gəlinir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26