Ağ Evdə növbəti gərginlik:

ABŞ Federal Tədqiqatlar Bürosunun sədri Enryu Makkeyb istefa verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, prezidenti Donald Tramp tərəfindən tənqid edilən Makkeyb Ceyms Kominin yerinə FTB direktoru təyin edilmişdi. Mart ayında təqaüdə çıxması gözlənilən direktor rəsmi icazələrinin hamısından istifadə edərək dünəndən etibarən vəzifəsindən gedib.
Qeyd edək ki, Endryu Makkeyb Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini araşdırır və bu prosesə görə Tramp və Respublikaçıların tənqidlərinə məruz qalırdı. Ceyms Komi də Rusiya məsələsinə görə Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılmışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26