Interposta.Info

Tramp Melanya ilə dalaşdı: ABŞ prezidenti sabah Davosa tək gedəcək

Dünya
 24-01-2018, 23:48     10 426

interposta.info bildirir ki, Moderator.az Qazeta.ru nəşrinə istinadən xəbər verir ki, hələ bir həftə əvvəl Melanya Tramp Davosda Beynəlxalq iqtisadi forumda iştirak etmək üçün prezidentlə səfərə hazırlaşdığını sosial şəbəkədə bildirmişdi. Forum 23 yanvarda fəaliyyətə başlasa da, Donald Tramp forumun işinə sabah-25-də qatılacaq. Və gözlənilmədən bir həftəlik səfərə ABŞ-ın birinci ledisinin İsveçrəyə getməyəcəyini Ağ evin rəsmisi elan edib.
Twitterdə müntəzəm olaraq xəbərlərini paylaşan Melanya bu dəfə susmağa üstünlük verib. Amma, mətbuat susmur və bu məsələni müxtəlif səbəblərlə izah edirlər.
Mətbuatın gəldiyi ilk qənaət yenə Trampın zamanında sevimli məşğuliyyəti-arvadbazlığı olub. Bu yaxınlarda məlum olub ki, Melanya ilə nikahda olmasına baxmayaraq Donald Tramp pornoaktrisa Stefani Kliffordla yaxın əlaqədə olub. Aktrisa ilə intim görüşləri 2006-cı ildə -cütlüyün oğlu Berronun dünyaya gəldiyindən bir neçə ay sonra baş verib.
Tramp Melanya ilə dalaşdı: ABŞ prezidenti sabah Davosa tək gedəcək


Mətbuat 12 yanvarda aktrisadan götürülmüş müsahibəni dərc edib və məlum olub ki, 2006-cı ildə milyarder Trampla qolf tunirində Taxo gölündə tanış olub və müsahibədə intim görüşün bütün təfərrüatlarını açıqlayıb. Aktrisa bu münasibətlərin 2010-cu ilə qədər davam etdiyini bildirib.
Mətbuat ABŞprezidentinin seksual həyatının təfərrüatlarının müzakirəsini davam etdirdiyi vaxt xanım Melanya sakitliyini qorusa da Ağ evin heç bir rəsmi tədbirlərinə, hətta qonaqların şərəfinə verilən şam yeməklərinə belə qatılmayıb.
20 yanvar prezidentin inauqurasiyasının bir ili tamam olanda Melanya bir il əvvəlki mərasimdən şəkil paylaşıb, amma prezidentlə deyil, onu müşayət edən, qoluna girdiyi hərbiçi ilə fotosunu.
22 yanvarda isə Melanya ilə Donaldın toy gününün 13 illiyi ilə əlaqədar cütlük heç nə paylaşmayıb, günü qeyd etməyiblər. Ağ evin ənənəsinə görə prezident və arvadı bir-birlərini həmin gün təbrik etməli, həlim mesajlar verməli idilər.
Qısası, ər-arvad arasındakı dava o həddə çatıb ki, İsveçrədəki vacib səfərə prezident birinci ledisiz getməli olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26