ABŞ qırıcıları "uçan boşqab"ı təqib edir... -
2017.12.17. 01:29
Pentaqon yadplanetliləri də müşahidə etməyi nəzərdə tutan erokosmik təhdidi tədqiq edən geniş proqrama bir neçə yuz milyon dollar vəsait xərcləyib. Elan olunmayan proqram çərçivəsində tədqiqat 2007-ci ildə başlayıb və 2012-ci ildə yekunlaşıb.
Proqram çərçivəsində fizika qanunlarına uyğun hərəkət etməyən uçan obyektlər tədqiq edilib.
"XeberBiz" Publika.az-a istinadla xəbər verir ki, iki ABŞ qırıcısı tərəfindən təqib edilən oval formada obyekt də araşdırılıb. Olay 2004-cü ildə iki ədəd F/A-18 Super Hornets qırıcısı tərəfindən San-Dieqo sahillərində keçirilən əməliyyat zamanı baş verib. Videoda 24 kilometr yüksəklikdə naməlum obyekt görünür.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26