Interposta.Info

Sabiq prezident öldürüldü

Dünya
 4-12-2017, 17:06     10 428

Yəməndə davam edən vətəndaş müharibəsində sabiq prezident Əli Abdulla Saleh öldürülüb.

Qaynarinfo xəbər verir ki, gecə saatlarında İranın dəstəklədiyi Husi qüvvələri ilə Saleh tərəfdarları arasında qarşıdurma daha da kəskinləşmişdi. Səhər saatlarında sabiq prezidentin tərəfdarları İranın paytaxt Sənadakı səfirliyinə bombalı hücum təşkil edib. Bu hücuma cavab olaraq isə Əli Abdulla Salehin yaşadığı ev Husilər tərəfindən vurulub. Əvvəl Salehin vəziyyəti barədə məlumat verilməsə də, İran mətbuatı onun öldürülməsi barədə informasiya yayıb. Lakin xəbər Salehin partiyası tərəfindən təkzib edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26