Interposta.Info

Rusiya yeni İsgəndər-M raketini sınaqdan keçirdi -

Dünya
 19-11-2017, 07:36     10 431

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanda baş tutmuş təlimlərində İsgəndər-M yeni ballistik raket kompleksi sınaqdan keçirilib.

Virtualaz.org xəbər verir ki, bu barədə videonu şəbəkədə “Zvezda” telekanalı yerləşdirib.

Raket 130 kilometrdən uzaq məsafədə yerləşən obyektə Lyaur poliqonundan buraxılıb. Bunu Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanının köməkçisi, polkovnik Yaroslav Roşşupkin deyib. Hədəf rolunu oynayan şərti terrorçu düşərgəsi məhv edilib.

Roşşupkinin sözlərinə görə, bu sınaq raketin daha dəqiq və düşmən tərəfindən daha çətin aşkarlanması xüsusiyyətlərini təsdiq edib. Qeyd olunur ki, raket hədəfdən təxminən 10 metr yayınıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26