Interposta.Info

Vəhabi alimdən iyrənc fətva -

Dünya
 6-11-2017, 11:12     8 826

interposta.info FaktXəbər-ə istinadən verdiyi məlumata görə, Misirdə vəhabi alimlərdən biri qalmqallı fətva ilə çıxış edib. Belə ki, Mazən əl-Sərsavi adlı vəhabi alimi bildirib ki, kişilər evlilikdən kənar dünyaya gələn qızları ilə evlənə bilərlər.
"Əl-Ərəbi" agentliyi xəbər verir ki, "Əl-Əzhər" Universitetində dərs deyən əl-Sərsavi nikahsız (zina) doğulan uşağın atasının qeyri-müəyyən olmasını düşünür. Onun fikrincə, nikahsız doğulan qız uşağı atanın rəsmi övladı sayılmadığı üçün onunla evlənməsində heç bir maneə yoxdur.
Qeyd edək ki, Mazən əl-Sərsavi qalmaqallı açıqlamanı Şafeyi adlı alimin fikirlərinə əsasən etdiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26