Interposta.Info

Ermənistan ordusunda növbəti qanlı insident baş verib

Dünya
 25-10-2017, 19:58     9 326

Azərbaycanın işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun taborlarından birində növbəti qanlı insident baş verib.

"Report"un məlumatına görə, gecə saatlarında iki hərbi qulluqçu arasında başlayan mübahisə sonradan qan tökülməsinə səbəb olub.

Artur Xaçaturyan təhqirlərə dözməyərək xidmət yoldaşına avtomat silahdan atəş açıb.

Onun güllələdiyi hərbi qulluqçunun öldüyü, yaxud hələ yaşadığı barədə məlumat əsgərin valideynlərindən də gizlədilir.

Faktla bağlı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırma başlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26