Interposta.Info

Hokinqin dissertasiyası Kembricin saytını çökdürdü

Dünya
 24-10-2017, 11:27     9 441

Kembric Universitetinin saytı fizik Stiven Hokinqin dissertasiyasının dərcindən sonra dağılıb.

Kult.az xəbər verir ki, 24 yaşında (1966-cı il) yazdığı "Kainatın genişləndirilməsi xüsusiyyətləri" adlı disertasiyanın tam mətni ilk dəfə olaraq bazar ertəsi günü saytda yerləşdirilib. Bundan sonra sutka ərzində 60 mindən çox adam mətni oxumaq və ya endirmək üçün sayta daxil olub. Bu isə saytın fəaliyyətini dayanması ilə nəticələnib.

Qeyd edək ki, Hokinqin dissertasiyasını bundan öncə yalnız Kembric Universitetinin kitabxanasında oxumaq mümkün idi. Onun surətini əldə etmək istəyənlər isə 86 dollar ödəməli idilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26