Interposta.Info

Gürcüstanda deputatlığa namizədi güllələdilər - Foto

Dünya
 20-10-2017, 11:19     9 607

Gürcüstanın Marneuli rayonunda azərbaycanlılara qarşı dəhşətli hadisə baş verib.

BakuPost.az xəbər verir ki, bu axşam rayonun azərbaycanlıların yaşadığı Qızılhacılı kəndində deputatlığa namizəd "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarov və onun dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov, eləcə də kənd sakini Elmar Hüseynov güllə yarası alıb.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralanan şəxslərdən Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta ağırdır.

Qızılhacılı kənd sakinləri bildirib ki, C.Çovdarov xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, kənd yollarının təmir olunmasında, əhalinin içməli su və digər problemlərinin həllində yaxından iştirak edib.

Gecə saatlarında Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və cinayətkarların təcili tapılaraq istintaqa cəlb olunması barədə tapşırıqlar verib.

interposta.info
Gürcüstanda deputatlığa namizədi güllələdilər - FotoGürcüstanda deputatlığa namizədi güllələdilər - FotoGürcüstanda deputatlığa namizədi güllələdilər - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26