Interposta.Info

İraq ordusu Mosula doğru: - peşmərgə ilə şiddətli döyüş

Dünya
 18-10-2017, 12:59     8 510

İraq ordusu və Haşdi-Şabi qüvvələri Mosul su anbarını peşmərgədən azad edib.

interposta.info Axar.az - a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Səhər saatlarında su anbarına nəzarəti təhvil vermək istəməyən peşmərgə ilə Haşdi-Şabi qüvvələri arasında şiddətli atışma baş verib. Atışma nəticəsində 8 Haşdi-Şabi üzvü, 1 nəfər peşmərgə həyatını itirib, daha 11 nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, Mosulda yerləşən su anbarı daha əvvəl İŞİD-in nəzarətində olmuş, terrorçular hakimiyyəti anbarı partlatmaqla hədələmişdilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26