Interposta.Info

Bərzani ailəsinə şok: 9 nəfər girov götürüldü

Dünya
 14-10-2017, 15:27     10 390

İraqın Babil vilayətində Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin ailəsinə məxsus olan “Korek Telekom” adlı mobil telefon mağazasına hücum edilib.

Axar.az xəbər verir ki, “Korek Telekom” hücum zamanı mərkəzin zərər gördüyünü, ikisi mühəndis olmaqla, 9 nəfərin girov götürüldüyünü açıqlayıb.

Hücumun ardınca bir neçə əyalətdə internet kəsilib.

Qeyd edək ki, Bərzaninin sentyabrın 25-də keçirdiyi müstəqillik referendumundan sonra bölgədə vəziyyət gərginləşib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26