Interposta.Info

Ərdoğan: ABŞ dünyaya yalan danışır

Dünya
 13-10-2017, 17:49     8 962

"ABŞ rəsmiləri - İstanbul konsulluğunun həbs olunmuş əməkdaşı ilə görüşə bilmədiklərini deyənlər yalan danışırlar"

interposta.info TASS-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, ölkəsinin tərəfdaşı olan dövlətlərin riyakarlığı onu ciddi narahat edir: "ABŞ bütün dünyaya yalan danışır. Heç kim onun həbsindən sonra konsulluğunun əməkdaşı ilə görüşmək istəməyib. Onlara sənəd lazımdır? Onu XİN deyil, məhkəmə verəcək. Təkbətək görüşlərdə vədlər və təminatlar verirlər. Lakin arxamızca gizlədilməsi mümkün olmayan mümkün çirkin oyunlar aparırlar".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26