Interposta.Info

Qırğızıstanın baş nazirinin müavini qəzada vəfat etdi

Dünya
 7-10-2017, 12:34     10 388

Оktyabrın 7-də Bişkek – Kara-Balta avtomobil yolunda baş nazirin müavinin içində olduğu avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.

interposta.info bu barədə Qırğızıstan KİV-inə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində ölkənin baş nazirinin müavini Temir Cumakadırovla yanaşı, köməkçisi və sürücüsü də vəfat edib.

Baş nazirin müavini qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edirmiş. O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.

Yük maşınının sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi ilə bağlı heç bir ehtimal irəli sürülməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26