Interposta.Info

Rusiya Ərəbistanda AES tikmək istəyir

Dünya
 5-10-2017, 17:30     8 866

Rusiyanın “Rosatom” şirkəti Səudiyyə Ərəbistanında atom elektrik stansiyasının tikintisi ilə bağlı təklif irəli sürüb

Trend-in məlumatına görə, bunu “Rosatom” şirkətinin rəhbəri Aleksey Lixaçov deyib.

Şirkət rəhbəri bununla bağlı təkliflərin artıq Səudiyyə Ərəbistanına təqdim edildiyini də qeyd edib.

Onun sözlərinə gröə, Səudiyyə Ərəbistanı ölkə ərazisində ilk AES-in tikintisi üçün müxtəlif şirkətləri nəzərdən keçirir.

Qeyd edək ki, 2015-ci ilin yayında Rusiya və Səudiyyə Ərəbistanı atom sahəsində əməkdaşıq barədə saziş imzalamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26