Interposta.Info

Türkiyə prezidenti:

Dünya
 1-10-2017, 20:33     10 453

Sərhədlərimiz yaxınlığında fitnə quyusunun qazılmasına göz yuma bilmərik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti TBMM-də çıxışı zamanı bildirib.

"İraq Kürd Muxtariyyəti rəhbərliyinin keçirdiyi referendumun hər hansı bir qarşılığı yoxdur. Bu addımın xeyirli nəticəsi olmayacaq. Fitnə quyusunun qazılmasına biz göz yuma bilmərik. Bizim türkman şəhəri olduğunu bildiyimiz Kərkük üzərindən ölkəmizin təhdid edilməsinə heç vaxt dözə bilmərik. Bunun hesabını da soruşarıq. İKM rəhbərliyi nəhayət ziyana məruz qalmağa məhkumdur. Bu səhvdən bir an əvvəl qayıdılacağına ümid edirik. İKM səhvdən qayıtmaq fəzilətini göstərəndə, Türkiyə dövləti və milləti bu qardaşlarımızın yanında olmağa davam edəcəkdir", - Ərdoğan qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26