Abdulatipov istefaya göndərildi:
Dağıstan lideri Ramazan Abdulatipov öz vəzifəsini tərk edəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı RBK televiziyası yayıb. Televiziya Abdulatipovun təcili olaraq Kremlə çağırıldığını bildirib.
Mənbə Abdulatipova burada müxtəlif vəzifələrin təklif edildiyini və hətta xələfi məsələsində onunla məsləhətləşmələr aparıldığını da iddia edib:
“Bu, hər kəs üçün gözlənilməz oldu, heç kim bunu bilmirdi. Abdulatipov axıra qədər burada işləməyi planlaşdırırdı. O, istefası haqqında ərizəni bu gün yazıb”.
Qeyd edək ki, dünən Abdulatipovun mətbuat katibi onun istefası haqqında yayılan xəbərləri təkzib etmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26