QRU zabiti Qurban Qasımov Suriyada həlak oldu
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin kapitanı Qurban Qasımov Suriyada öldürülüb.
Axar.az xəbər verir ki, Rusiya mediası Qasımovun 2017-ci ilin avqustunda İŞİD-in minaatanlarla hücumu zamanı həlak olduğunu, lakin məlumatın indi yayıldığını yazıb.
Qeyd edək ki, Qasımov bundan öncə iki dəfə Suriyada əməliyyatlarda iştirak edib.
1986-cı il təvəllüdlü Qurban Qasımov Rostovda anadan olub, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı dəstəsində xidmət edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26