Interposta.Info

ABŞ-ın energetika naziri prezident Trampa qarşı çıxdı

Dünya
 16-09-2017, 20:49     10 413

ABŞ-ın energetika naziri Rik Perri prezident Donald Trampın büdcə layihəsi çərçivəsində ölkənin strateji xam neft anbarlarını satma təklifini tənqid edib.

Axar.az xəbər verir ki, o, Trampın neft anrbarlarını satmaq planına qarşı olduğunu bildirib. Ölkənin strateji neft ehtiyatlarının təcili vəziyyətlər, qlobal bazarda gözlənilməz problemlər və təbii fəlakətlər kimi mühüm proseslər zamanı istifadə üçün saxlanıldığını vurğulayan Perri ABŞ-ın neft mərkəzi kimi qəbul edilən Texas ştatını təsiri altına alan Harvey və Florida ştatını vuran İrma qasırgalarına diqqət çəkib.

“Bu qasırğalardan sonra ABŞ-ın neft ehtiyatlarının önəmi daha da artdı”, - Perri bildirib.

Qeyd edək ki, Tramp sözügedən neft anbarlarını satmaqla 2027-ci ilə qədər 16,6 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26