Interposta.Info

“Bütün Avropa Rusiyadan 3 dəfə kiçikdir:

Dünya
 29-08-2017, 17:05     10 432

Avropa Birliyinin təhlükəsizliyini Rusiyasız təmin etmək olmaz.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib. Onun sözlərinə görə, Avropa Birliyi və Rusiya ikitərəfli münasibətləri yaxşılaşdırmalıdırlar:

“Bütün AB 5,5 milyon kvadrat kilometrdən ibarətdir. Rusiya isə 17,5 milyon kvadrat kilometrdir. Sizin başqa hansısa sualınız var? Ona görə də biz Rusiya ilə münasibətləri yaxşılaşdırmalıyıq. Avropalılar özlərini dünyanın sahibi kimi aparmaqdan çəkinməlidirlər. Artıq Avropa iqtisadiyyatının dünyadakı rolu aşağı düşür. Bu gün biz dünya iqtisadiyyatının ümumdaxili məhsulunun 24-25%-nə sahibik. 10 il sonra bu göstərici 20%-ə düşəcək. Əhalimiz əsrin əvvəlində dünya əhalisinin 10%-ni təşkil edirdisə, əsrin sonunda bu, bir neçə faiz olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26