Interposta.Info

Kim Çenin mühafizəsi KQB agentlərinə verildi

Dünya
 26-08-2017, 17:35     10 502

Şimali Koreya SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş agentlərini Kim Çen İnin mühafizəsini təşkil etmək üçün hərbi məsləhətçi kimi işə qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Yaponiya mətbuatı yayıb. Pxenyan fevral ayında artıq 10 eks-agenti ölkəyə dəvət edib. Eks-agentlərin əsas işi ABŞ və Cənubi Koreyanın Şimali Koreya liderinə mümkün sui-qəsd cəhdlərinin qarşısını almaqdır.

Qeyd edək ki, Şimali Koreya bu ilin mayında Cənubi Koreya və ABŞ-ı Kim Çen İnə qarşı sui-qəsd cəhdində günahlandırmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26