Interposta.Info

“Əsrin məhkəməsi” başa çatdı- “Samsung”-un prezidenti beş il müddətinə azadlıqdan məhrum edildi

Dünya
 25-08-2017, 17:58     10 495

Cənubi Koreya məhkəməsi “Samsung” biznes imperiyısının de-fakto sahibi Li Cae-Yanqı rüşvət vermə və digər korrupsiya əməllərinə görə təqsirli bilib.

Samsung-un milyarder vəliəhdi prokurorun 12 il istəməsinə rəğmən, məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu məhkumiyyət dünyanın ən böyük smartfon istehsalçısı və Cənubi Koreyanın ən zəngin ailəsi üçün bir zərbə olub.

Əsrin məhkəməsi hesab edilən məhkəmə prosesi aylarla davam edib.

Qeyd olunur ki, bu skandal Cənubi Koreya prezidentinin Park Ceun-Hayın impiçmentinə də səbbə olub. Hazırda eks-prezident özü barəsində də məhkəmə araşdırması getməkdədir.

Li Çae Yanq “Samsung”un başına 2014-cü ildə atası ürək tutmasından vəfat etdikdən sonra keçib. Hakim hökmü oxuyarkən 49 yaşlı Li sakitliyini qoruya bilib.

Məhkəmə həmçinin Lini yalançı şahidlik, qeyri-qanuni gəlirləri gizlətmək, əmlakı mənimsəmə və xaricdəki mülklərini gizlətmək kimi cinayət əməllərindən də təqsirli bilib.

Vəkillərin məhkəmə hökmdən appelyasiya şikayəti verəcəkləri gözlənilir. Hökm oxunduqdan sonra Samsung hissələri 1,1% düşüb./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26