Interposta.Info

Abramoviçin arvadının Trampla əlaqəsi ortaya çıxdı

Dünya
 8-08-2017, 14:27     10 608

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə əlaqələrini təşkil edənlərdən biri də rusiyalı milyarder Roman Abramoviçin həyat yoldaşı Darya Jukova olub.

Axar.az xəbər verir ki, bu barədə “Bell”ə yüksəkçinli rus məmurlardan biri danışıb. Onun sözlərinə görə, Roman Abramoviçin bununla bağlı məlumatı olmayıb.

Xanım Jukova ABŞ-da olan çoxsaylı əlaqələri sayəsində istənilən görüşü təşkil etmək imkanlna malik olub. Keçmiş Nyu York meri Maykl Blumberqlə rusiyalı yüksək vəzifəli şəxslərin görüşünü də məhz Roman Abramoviçin xanımı təşkil edib. Yazıda həmçinin xanım Jukovanın Tramp ailəsi ilə yaxın əlaqələri olduğu və İvanka Trampla uzun zamandır rəfiqəlik etdiyi bildirilib. Darya Jukovanın yaxınları məlumatı təkzib edib.

Qeyd edək ki, bir qədər əvvəl Roman Abramoviç və Darya Jukova ayrılmaq qərarına gəldiklərini bildirmişdilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26