Interposta.Info

Gülnarə Kərimova həbs olundu -

Dünya
 28-07-2017, 11:58     10 525

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Gülnarə Kərimova 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub. O, 1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı pozulub Boşanma prosesi iki il davam edib. 1993-cü ildə bu nikahdan oğlu İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib.

2008-ci ilin fevralında G.Kərimova mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilib. O, həmçinin Nyu-Yorkun "Fashion Institute of Technology" dizayner kursunun məzunu, "Guli" brendinin sahibdir.

2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi işləyir. Gülnarə Kərimova Özbəkistanda ən nifrət edilən şəxs hesab edilir.

Onu hələ atasının vəzifədə olduğu vaxtlarda tez-tez ev dustağı edirdilər.

interposta.info
Gülnarə Kərimova həbs olundu -
Gülnarə Kərimova həbs olundu -
Gülnarə Kərimova həbs olundu -
Gülnarə Kərimova həbs olundu -
Gülnarə Kərimova həbs olundu -
Gülnarə Kərimova həbs olundu -
Gülnarə Kərimova həbs olundu -
Gülnarə Kərimova həbs olundu -
Gülnarə Kərimova həbs olundu -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26