Interposta.Info

Əgər bu olarsa, ABŞ-ı yer üzündən siləcəyik - Kim Çen

Dünya
 27-07-2017, 11:00     9 661

Əgər bizə qarşı hər hansı hücum olarsa, Amerika imperatorluğunun ürəyinə ən genişmiqyaslı preventiv nüvə zərbəsi endirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn Koreya müharibəsinin 64-cü ildönümü ilə bağlı keçirilən mərasimdə bildirib.

"Əgər düşmənlər Şimali Koreyanın strateji mövqeyini nəzərə almadan təhlükəli addım atarlarsa, biz xəbərdarlıq etmədən Amerika imperatorluğunun ürəyinə ən genişmiqyaslı preventiv nüvə zərbəsi endirəcəyik. Dünyada ABŞ adlanan ərazidən tək bir iz belə buraxmayacaq və ana vətənin tarixi birləşmə işini başa çatdıracağıq", - Ş. Koreya lideri qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26