Interposta.Info

Tramp:

Dünya
 26-07-2017, 14:18     9 386

ABŞ-ın Ohayo ştatında prezident Donald Trampın tərəfdarları qarşısında çıxışı bəzi vətəndaşların etirazları ilə müşayiət olunub.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

İlk olaraq vətəndaşlardan biri “Tramp və Pens getməlidir” yazılmış plakat nümayiş etdirdiyi üçün mühafizəçilər tərəfindən saxlanılıb. Növbəti dəfə isə gənc oğlan Donald Trampın seçki prosesində Rusiya müdaxiləsinə işarə olaraq SSRİ bayrağı açmağa cəhd edib. Gənc oğlan təcili şəkildə ərazidən uzaqlaşdırılıb.

Donald Tramp hadisəyə dərhal reaksiya verib.

“ O, hələ gəncdir və anasının yanına getməlidir. Onun böyük problemləri olacaq. Mərc gələrəm ki, onun anası bizim lehimizə səs verib”, - prezident bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26