Interposta.Info

Rus elitasının məxfi istirahət mərkəzi ortaya çıxdı

Dünya
 12-07-2017, 07:43     534

Rusiyanın İvanovsk vilayətinin Ples şəhəri Rusiya elitasının məxfi istirahət mərkəzidir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Blumberq” agentliyi çıxış edib. Agentlik məhz bu şəhərdə Rusiya Baş naziri Dmitri Medvedyevə məxsus 80 hektarlıq iqamətgahın olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Medvedyevin biznes imperiyası haqqında rusiyalı blogger Aleksey Navalnı xüsusi film hazırlamışdı. Onun hazırladığı film sonradan bütün ölkədə Medvedyevə qarşı etiraz aksiyalarına səbəb olmuşdu. Navalnı filmində Medvedyevin bütün əmlakı, şirkətləri, villaları, hesabları haqqında məlumat vermişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26