Interposta.Info

Tramp Rusiya ilə bərabər kiber təhlükəsizliyi yaratmaq fikrindən vaz keçdiyini açıqladı

Dünya
 10-07-2017, 14:16     679

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bazar günü Rusiya ilə kiber təhlükəsizliyi birliyindən vaz keçib. O, bu barədə rəsmi tvitter hesabından açıqla verərək bunun baş verməyəcəyini elan etdi. Trampın geri çəkilmə səbəbi isə respublikaçıların sərt tənqidindən sonra olub. Respublikaçılar Rusiyaya güvən olmadığını prezidentə deyiblər.

Tramp Rusiya ilə kiber təhlükəsizliyi birliyini yaradacağını elə bazar günü erkən saatlarda qeyd etmişdi. Açıqlamanı eşidər-eşitməz ilk tənqid elə respublikaçılardan gəlmişdi. Cənubi Karolina ştatının senatoru Lindsey Qraham NBC telekanalına müsahibə verərək deyib ki, bu onun eşitdiyi ən sərsəm ideyalardan ilki deyil, lakin belə bir şey ola bilməz.

“Prezident Putin və mənimlə kiber təhlükəsizliyi barədə birlik yaratmaq barədə müzakirə aparmağımız o demək deyil ki, bu baş verəcək. Bu ola bilməz” – Tramp tvitter hesabından yazıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26