Interposta.Info

Bəxtiyar Hacıyevi Yamaykada həbs ediblər - viza məsələsi, məmur kaprizi

Dünya
 6-07-2017, 10:50     750

Azərbaycanlı ictimai-siyasi fəal, bloqqer Bəxtiyar Hacıyevin başına Yamaykada xoşagəlməz hadisə gəlib. Bu barədəo,özü sosial şəbəkədəki səhifəsində yazıb. Musavat.com B.Hacıyevin statusunu təqdim edir:

"Son 3 günü turist kimi gəldiyim Yamaykada həbsxanada keçirdim. Hava limaninda sərhədçi qadin Azərbayan vətəndaşlarinin hava limaninda viza almali olduqlarini dedi və məni başqa otağa dəvət etdi. Mən də pasport ve diger sənədləri verib gözlədim, qadin rüsum üçün nəqd pul və ya kart verməyimi istədi, kartımı verdim və gözlədim. Otağa girən-çıxan çox idi, qadın bayırda gözləməyimi istəyəndə, kredit kartımı geri istədim. Bunu xoşlamayan qadın sərhədçi "o zaman mən də sizə viza vermirəm" dedi və pasportuma möhür vurdu.

Bundan sonra Yamayka Milli Təhlükesizlik Nazirliyinin əməkdaslari gəlib "sizi növbəti reysə qədər güvənli bir yerə aparmalıyıq" dedilər. Mən növbəti reysin 2 gün sonra Panamaya olduğunu, hava limanından kənara çıxmaq istəmədiyimi desəm də, məni məcbur şəhər mərkəzindəki "Horizon" adlı həbsxanaya gətirdilər. Orada kriminallar kimi davranib, üstümü yoxlayib, saldilar həbsxana kamerasina. Nə qədər zəng, vəkil, su və s. tələb etsəm də, sözün əsl mənasinda heyvan kimi davranıb, qulaqardına vurdular. Hətta bəziləri su istəyəndə gedib soyuducudan su götürür, gözümün qabanda içirdilər. Vəkil istəmişdim, bir rahibə çagırmışdılar ki, şikayətiini ona et.

Nəhayət, Panamaya reysimin bu gun olduğunu bilərək, həbsxana rəhbərliyinə bildirdim ki, mən bu gün uçmaliyam, uçmasam, əvvəldən alınmış başqa biletlərim də batır. Həbsxana rəhbərliyi vecinə də almırdı, deyirdilər, immiqrasiya idaresi nə vaxt istəsə, onda da gəlib götürəcək səni. Nəhayət, həbsxanada qarşılaşdığım tək ağdərili həkimə məsələni izah etdim, dedi, səni çox yaxşı başa düşürəm, bu ölkə belədir. Öz tanişlarıma zəng edəcəm, buradan sonraki biletlərini göstərərək, çıxarsan. O,mənə qısa müddətlik internet təşkil etdi, mən həm biletləri çap etdim, həm də dostlara bu barədə məlumat verdim.

Yamaykada insanliq görmədim, vəhşilik, heyvanlıq və əclafliq gordum. Nə dövlət qurumlari arasında kommunikasiya var, nə sənədləşmə, nə insan huquqlarına hörmət. Hərə gəlir bloknotuna qələmlə nə isə yazır, gedir. O adam getdisə, ikincisinin məsələdən xəbəri olmur.

Şükür, indi o cengellikden cixmisam. Sabah Bogotaya gedecem, sehv xatirlamiramsa, orada konsullugumuz olmalidir. Hem ora, hem de qayidanda resmi olaraq xarici ishler nazirliyine muraciet edecem arasdirsinlar ki, Azerbaycan vetendasina niye viza vermeyibler, vermirler, cehenneme versinler, bes hebsxanaya niye gonderirler? Mence, kimliyinden asili olmayaraq, XIN Azerbaycan vetendasi ile bele davranishi arasdirmali, cavablarini verməlidir"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26