Interposta.Info

“Putinin seçkilərə müdaxiləsi ABŞ-a qarşı əsl hərbi əməliyyatdır” -

Dünya
 30-06-2017, 21:40     502

Terri Makollif: “Donald Trampın prezidentliyi ABŞ üçün əsl təhlükədir”
Terri Makollif demokratların hakim olduğu az saylı ştatlardan (demokratlar 50 ştatdan sadəcə 12-nə rəhbərlik edirlər) birinin - Virciniyanın qubernatorudur. O, Klinton ailəsinə olduqca yaxın siyasətçi hesab edilir.

Bu yaxınlarda İsveçrədə səfərdə olan Makollif ABŞ-dakı siyasi vəziyyətlə bağlı öz təəssüratlarını Avropa mətbuatı ilə bölüşüb.
Makollifin fikrincə, Demokrat Partiyası bütün diqqətini ölkənin iqtisadi vəziyyətinə, yeni iş yerlərinin açılmasınıa yönəltməlidir.
Qubernatorun ölkə prezidenti haqqında sərt sözləri xüsusilə maraq doğurub.

“Donald Tramp ABŞ üçün əsl təhlükədir, mən bunu qubernator kimi təcürübələrimə əsaslanaraq tam təsdiq edə bilərəm. Mən hər gün öz ştatımın iqtisadi inkişafının təmin edilməsi üçün əlimdən gələni edirəm. Lakin Trampın hərəkətləri mənim yeni iş yerləri yaratmaq planlarıma mane olur”, - deyə Makollif yerli “Le Temps” qəzetinin jurnalisti Stefan Büssara bildirib.

Makollif prezidentin hərəkətlərini əxlaqsız adlandırmaqdan çəkinməyib: “Elə götürək, 6 müsəlman ölkəsindən vətəndaşların gəlməsinə qoyulan qadağanı... Mən bunu həm antikonstitusion, həm də mənəviyyatsızlq hesab edirəm. Onun miqrasiya siyasəti bizim bütün partnyorlarımızı hürküdüb. Bu yaxınlarda Meksikada səfərdə olarkən prezident Enrike Nyetoya bunları dedim: “Virciniya iqtisadiyyatın inkişafı üçün divarlar deyil, körpülər tikir”.

Qubernator prezident Trampın iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı konvensiyadan çıxmasını da əsl rüsvayçılıq saydığını bildirib. O, Virciniyanın məhz həmin konvensiyaya görə havaya buraxılan zəhərli qazların azaldılması haqqında qərar qəbul etdiyini söyləyərək, bundan qürür hissi keçridiyini bildirib: “195 ölkənin imzaladığı sazişdən necə çıxmaq olar? Hətta İran və Şimali Koreya belə, onu imzalayıb. Virciniya üçün bu, olduqca pis xəbərdir. Mənim ştatım iqlim dəyişikliyinə çox həssasdır. Yeni Orlean istisna olmaqla, Virciniya ölkədə dəniz səviyyəsinin ən yüksək olduğu yer sayılır. Üstəlik, dünyanın ən böyük hərbi dəniz qüvvələrinin bazası burada yerləşir.”

Terri Makollif Donald Trampın qubernatorlarla birlkdə çalışmağa başlayacağına ümid etdiyini söyləyib: “Hər halda iş yerləri Vaşinqtonda deyil, əyalətlərdə yaradılır”.

Virciniyalı qubernator ailəcə yaxın olduğu Hillari Klinton haqqında da danışıb. O da bir çox demokrat kimi H.Klintonun seçkilərdəki məğlubiyyətinin əsas səbəbi olaraq, xarici müdaxilənin və FTB direktoru Ceyms Kominin onunla bağlı apardığı təhqiqatın olduğunu düşünür.

Terri Makollif Vadmir Putinin dünyanın ən güclü ölkəsinin demokratik əsaslarına qarşı hərəkətini əsl hərbi müdaxilə olaraq dəyərləndirib.

Onu da qeyd edək ki, Terri Makollif 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının ən öndə gedən namizədlərindən biri hesab olunur.

Jurnalistin sualı da məhz bu yöndə olub. Qubernatorun verdyi cavab isə onun bununla bağlı niyyətini ortaya qoyb: “Hələlik Virciniya qubernatoru kimi fəaliyyət göstərirəm. Zamanı gəldikdə baxacağıq”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26