Interposta.Info

SEPAH komandiri Ruhaniyə elə söz dedi ki... - Şok

Dünya
 29-06-2017, 07:38     592

İran prezidenti Həsən Ruhani dini lider Əli Xamneyinin nəzarətində olan İnqilab Mühafizəçiləri Korpusunu (SEPAH) sərt bir şəkildə tənqid edib.

Prezident Ruhani İnqilab Mühafizəçilərinin raket sınağı həyata keçirməsinin Qərb ilə bağlanmış müqavilələrə qarşı təxribat olduğunu deyib. O, İnqilab Mühafizəçiləri Korpusunun bağlanmış müqavilələri baltalamaq istədiyini bildirib.

İran prezidentinin bu ritorikalarına İnqilab Mühafizəçilərindən təhdid kimi bir bəyanatla cavab verilib.

İran İnqilab Mühafizəçiləri Komandiri Məhəmməd Əli Cəfəri İranın birliyinin qorunması üçün hələlik prezidentə reaksiya vermək istəmədiklərini bildirib.

“Biz töhmətlərə qulaq asmırıq. Bizi tüfəng sahibi kimi təsvir edirlər. Tüfəng sahibi deyilik, biz raket sahibləriyik. Hökumət ən çətin işlərini ən aşağı rəqəmlərlə hər zaman bizə həvalə edib. Bizə milyardlarla tümən borclarının olmasına baxmayaraq, vicdansızcasına danışmalarını qəbul etmək mümkün deyil. Raketlərə hər zamankından daha çox ehtiyacımız olduğu bir vaxtda edilən iradlara, hazırda birliyimizi qorumaq üçün səssiz qalırıq.

Bu açıqlamaların hədəfi cəmiyyətdə iki qütb yaratmaq və xalqın dolanışığını təmin etmə məsuliyyətindən qaçmaqdır” deyə Məhəmməd Əli Cəfəri qeyd edib./Teleqraf.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26