Interposta.Info

Türkiyədə Rusiya səfirinin qətlinin sifarişçiləri

Dünya
 13-06-2017, 10:28     1 048

Türkiyə Prokurorluğu Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinin beş mümkün sifarişçisinin şəxsiyyətini müəyyənləşdirib.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən "Hurriyet Daily News" qəzeti yazıb. Prokurorluq hesab edir ki, beş şübhəlidən biri rusiyalı diplomatın qətlinin sifarişçisi ola bilər. Onların hamısı faciənin baş verdiyi oteldə qalıblar və qatil Mövlud Altıntaş ilə əlaqə saxlamış ola bilərlər.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, Altıntaş qətldən bir neçə gün əvvəl otel yaxınlığındakı ticarət mərkəzində olub, burada "FaceTime" proqramı vasitəsilə şübhəlilərdən biri ilə online-söhbət edib, sonra isə oteldə onunla görüşüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26