Interposta.Info

ABŞ FTB-nin sabiq rəhbəri:

Dünya
 8-06-2017, 22:44     496

ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq rəhbəri Ceyms Komi vəzifədən kənarlaşdırılmasının səbəbini açıqlayıb.

Onun sözlərinə görə, onun FTB direktoru vəzifəsindən azad olunmasına səbəb ölkədə keçirilmiş prezident seçkilərinə Rusiya müdaxiləsinin araşdırılması olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən vəzifədən getməsinə səbəbin Rusiya müdaxiləsinin istintaqının olub-olmadığını soruşub.

“Bəli, mən belə hesab edirəm, çünki prezident bu cür deyib”, - deyə Komi qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26