Interposta.Info

İranda həcc xəbərdarlığı:

Dünya
 5-06-2017, 22:29     556

İranın Həcc və Ziyarət Təşkilatının rəisi Həmid Məhəmmədi iranlı zəvvarların qarşıdan gələn həcc mərasiminə qatılmasından və Tehranla Ər-Riyad arasındakı münasibətlərdən danışıb.

Axar.az xəbər verir ki, o, Tehranla Ər-Riyad arasında siyasi əlaqələrin kəsildiyinə görə builki ziyarətin əvvəlkilərdən fərqli olacağını bildirib:

“Bu il həccə gedən zəvvarlarımız mərasim zamanı elə rəftar etməlidir ki, Səudiyyə Ərəbistanı hökumətinin əlinə bəhanə verməsinlər. Builki həcc mərasimində bizim Səudiyyə hökuməti ilə heç bir siyasi əlaqələrimiz olmayacaq. Ölkələrimiz arasında bəzi ixtilafların olmasına baxmayaraq, iranlı zəvvarların həccə qatılması məsələsi danışıqlar yolu ilə birtəhər öz həllini tapdı.

Təkidlə bildirirəm ki, mövcud gərgin atmosferi nəzərə alaraq, builki həcc mərasimində elə davranmalıyıq ki, Səudiyyə hökumətinin əlinə hər hansı bir bəhanə düşməsin”.

Qeyd edək ki, iranlı zəvvarlar ötən ilin həcc mərasiminə qatıla bilməyib. Buna səbəb Səudiyyə hökumətinin həccin siyasiləşdirilməməsi və bu dini mərasimdən siyasi məqsədlər uğrunda su-istifadə edilməməsi ilə bağlı rəsmi Tehranın qarşısında qoyduğu şərtlər olub. Lakin İran hökuməti həmin şərtləri qəbul etmədiyinə görə iranlı zəvvarlar ötənilki ziyarətdən məhrum edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26