Interposta.Info

Görməmişin milyardı oldu, 51 min dollarlıq pencək geydi – Melania Tramp yenə dilə-dişə düşdü

Dünya
 27-05-2017, 21:18     774

ABŞ prezidenti Donald Trampı xarici ölkə səfərində müşayiət edən həyat yoldaşı Melania Trampın geyim seçimləri hər zaman müzakirə mövzusudur. Amma onun son səfərlərdən birində geyindiyi pencək ciddi etirazlara və polemikalara səbəb olub. Donald Tramp İtaliyanın Siciliya adasındakı Taormina qəsəbəsində keçirilən G7 zirvesinə qatılaraq, həmin tədbirlər çərçivəsində ən çox diqqət çəkən şəxs oldu.

Melania Trampın dünən Katania şəhərində lider xanımları ilə təşkil olunan nahar yeməyində geyindiyi pencəyin qiyməti 51 min 500 dollar olub. Dolce&Gabbana firmasının məhsulu olan bu pencək ciddi müzakirələrə səbəb olub. Sosial mediada bəzi istifadəçilər bu təəccüblərini “Bir pencək necə bu qədər bahalı ola bilər?” sualı ilə ifadə ediblər. AP xəbər agentliyi də bu pencəyin qiymətinin orta statistik bir amerikan ailəsinin illik gəlirinə yaxın olduğunu yazıb.

Bəzi sosial media istifadəçiləri isə pencəyin çox gözəl olduğunu, Tramp ailəsinin varlılığının da bir sirr olmadığını vurğulayıb. Şərhlərdə həmçinin o da vurğulanıb ki, Sicilyadan ilham alan Dolce&Gabbananın məhsullarının birinci ledi tərəfindən Siciliyada geyinilməsi də olduqca yerində bir tərcih sayılır.

Digər tərəfdən, İtaliyanın lüks moda evi olan Dolce&Gabbanaya da ciddi etirazlar var. Etirazçılar Trampın həyat yoldaşını geyindirdiyi üçün moda evinin boykot edir, onun bağlanması tələbini səsləndirir.

Moda evinin ortağı Stefano Gabbana isə bu tənqidlərə İnstaqram hesabından ironik bir şəkildə cavab verib: “Nə qəribədir. Dünən də 13.7 milyon təqibçimiz var, bu gün də. Halbuki dünəndən bəri təqibi buraxacaqları ilə bağlı bizi təhdid edənlərin sayı da çox idi”.

Stefano Gabbana isə Melania Trampın öz hazırladığı paltarları ilə çəkdirdiyi bir çox şəklini paylaşaraq, birinci lediyə təşəkkür edib. Gabbana, "Moda və siyasət bir-birinə qarışdırılmamalıdır” mesajını da paylaşdı.

Xatırladaq ki, daha öncədən bəzi məşhur modaçılar siyasətinə qarşı çıxdıqları Donald Trampın həyat yoldaşını geyindirməyəcəklərini açıqlamışdı.

Xarici ölkə səfərləri zamanı daha çox Dolce&Gabbananın məhsullarını geyinən Melania Tramp, 24 mayda Vatikanda Papa Francesco ilə görüşmələri zamanı da bu moda evinin məhsulu olan ağ-qara bir paltar və duvağa bənzər bir baş ötrüsü seçmişdi. Melania Trampın Vatikanda başını örtməsi, amma Səudiyyə Ərəbistana başıaçıq getməsi də ciddi müzakirə mövzusu olmuşdu.

Bütün bunlara birinci ledinin mətbuat nümayəndəsi açıqlama verərək demişdi ki, Vatikanda rəsmi ziyarətlər üçün münasib bilinən geyimlə bağlı protokol qaydalarına uyduqları hada, Səudiyyə Ərəbistandan belə bir protokol məlumatı almayıblar. Ona görə də birinci ledi Ərəbistan səfəri zamanı sərbəst seçim hüququndan istifadə edib./musavat.com

interposta.infoGörməmişin milyardı oldu, 51 min dollarlıq pencək geydi – Melania Tramp yenə dilə-dişə düşdü
Görməmişin milyardı oldu, 51 min dollarlıq pencək geydi – Melania Tramp yenə dilə-dişə düşdü

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26