Interposta.Info

Daha bir rus diplomat öldü: Dəhşətli qətl - Foto

Dünya
 15-05-2017, 19:46     682

15:57

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı öz həyat yoldaşı və qızını qətlə yetirib.

Axar.az REN TV-yə istinadən xəbər verir ki, qətli törədən XİN nümayəndəsinin adı Aleksandr Ş. olub. O, əvvəlcə həyat yoldaşını öldürüb, daha sonra isə 5 yaşlı qızını belindən silahla vurub. Bundan sonra diplomat özünü qətlə yetirib.

***

XİN əməkdaşının qurbanı olan həyat yoldaşının həm də onun keçmiş həmkarı olduğu üzə çıxıb. Onun xanımı Anastasiya M. 2002-2005-ci illərdə Rusiya Xarici İşlər Nazirliyində işləyib.

Rusiya Xarici İşlər Nazirliyindən əməkdaşlarının ölümü ilə bağlı məlumat təsdiqlənib. Nazirlikdən bildirilib ki, hadisənin araşdırılması ilə hüquq-mühafizə orqanları məşğul olur.

Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi evdən cinayətin törədildiyi “Merkel” tipli silahı tapıblar.

Evdə aparılan axtarış zamanı “Stayer Manlixer”, “Bleyzer NR-R”, “İJ-27M” tüfəngləri və 6 qutu patron da aşkar edilərək götürülüb.

İlkin versiyaya görə, diplomat birinci xanımını vurub, daha sonra uşağı güllələmək istəyib. Uşaq qaçdığı üçün onu arxadan güllələyərək öldürən diplomatın sonda intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

interposta.info
Daha bir rus diplomat öldü: Dəhşətli qətl - Foto

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26