Interposta.Info

Millət vəkilinin

Dünya
 10-05-2017, 07:28     498

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xalqların Demokrat Partiyasından (HDP) olan deputatı Nursel Aydoğanın millət vəkilli mandatı ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı “Doğan” xəbər agentliyi yayıb.
Millət vəkilinin

Məlumata görə, Türkiyə Baş Nazirliyinin müraciəti əsasında Nursel Aydoğanın millət vəkili mandatının ləğv edilməsi ilə bağlı məhkəmə tərəfindən qərar çıxarılıb.
Məhkəmə qərarı Türkiyə Konstitusiyasının 84-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilib.
Nursel Aydoğan terror təşkilatını dəstəkləməkdə və terrora çağırış etməkdə təqsirli bilinir.
Xatırladaq ki, bir müddət öncə PKK terror təşkilatını dəstəkləyən HDP-nin digər üzvü Figen Yüksekdağın da millət vəkilliyi mandatı ləğv edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26