ABŞ-ın gizli kosmik təyyarəsi Yerə qayıtdı -

ABŞ-ın iki ildir gizli missiya ilə kosmosa yolladığı X-37B OTV-4 orbita təyyarəsi Kanaveral burnunda yerə enib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Tvitter hesabında məlumat verilib.
“X-37B OTV-4 orbitdən qayıtdı və Kennedi Kosmik mərkəzinin ərazisində yerə endi. Bu təyyarə 700 gündən çox kosmosda qaldı”, - məlumatda deyilib.
Qeyd edək ki, bir müddət əvvəl Pentaqon X-37B OTV-4-ün bazasında ion mühərrikinin yaradılması istiqamətində təcrübələrin aparıldığı barədə məlumat yaymışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26