Interposta.Info

Putin Ərdoğanla anlaşa bilməyib,

Dünya
 6-05-2017, 18:47     671

Soçidə Rusiya və Türkiyə prezidentlərinin danışıqlarının ardınca “Rosaviasiya” aviadaşıyıcıları Türkiyəyə çarter reyslərinin məhdudlaşdırılacağına dair xəbərdar edib

Bu, prezidentlər Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlardan cəmi iki gün sonra baş verir.

“Rosaviasiya” bundan əvvəl də Türkiyəyə çarter reyslərinin məhdudlaşdırılmasının mümkünlüyü barədə aviaşirkəltəri xəbərdar etmişdi və bunu “Türkiyədəki referendumla bağlı gərgin siyasi vəziyyətlə” əsaslandırmışdı.

Lakin Türkiyədə prezident üsul-idarəçiliyinə keçidi təmin edən referendumdan sonra ciddi siyasi çaxnaşmalar və Rusiyadan turistlərin bu ölkəyə getməsini riskli edən başqa situasiya yaranmadı. İndi “Rosaviasiya” yenidən Türkiyəyə çarter reyslərinin dayandırıla biləcəyi haqda xəbərdarlıq edir və virtualaz.org xəbər verir ki, bu, azı 1 milyon turistə təsir edə bilər.

“Kommersant” yazır ki, “Rosaviasiya”nın xəbərdarlığı Türkiyə və Rusiya prezidentlərinin danışıqlarından cəmi iki gün sonraya təsadüf etməsi diqqəti cəlb edir. Hansı ki, həmin danışıqlarda Ərdoğanla Putin iki ölkə arasında demək olar bütün ticari məhdudiyyətlərin qaldırılmasında razılığa gəlmişdilər. Ərdoğan jurnalistlərə bildirmişdi ki, Putinlə bütün məsələlərdə anlaşıb, “pomidordan başqa”. Belə ki, danışıqlara baxmayaraq Türkiyə pomidorlarının Rusiya bazarlarına daxil olmasına qoyulmuş məhdudiyyətin qaldırılmasında anlaşma əldə edilməmişdi.
Putin Ərdoğanla anlaşa bilməyib,


Preziddentlərin Soçi danışıqlarının yekunlarına əsasən baş nazirin müavini Arkadi Dvorkoviç mayın 3-də jurnalistlərə bildirmişdi ki, “Rosaviasiya” aviaşirkətlərə çarter reysləri ilə bağlı bundan əvvəl göndərdiyi xəbərdarlığı geri götürəcək. Lakin cəmi iki gün sonra-mayın 5-də “Rosaviasiya” yeni xəbərdarlıq göndərib. Üstəlik bu dəfəki xəbərdarlıqda konkret reyslər və Türkiyə aerportları göstərilir. O cümlədən rusiyalı turistlərin axın etdiyi Antalyaya çarter reyslərinin dayandırıla biləcəyi göstərilir. Əgər çarter reysləri dayandırılsa bu, Türkiyədə dincəlmək üçün turpaket alan azı 1 milyona yaxın rusiyalı turistə təsir edəcək.

Turizm sektorundakı mənbə “Kommersant”a bildirib ki, “Rosaviasiya”nın xəbərdarlığı Türkiyəyə çarter reyslərinin tamamilə dayandırılması deməkdir. “Antalya aeroportu ölkəyə gələn turistlərin az qala 80 faizini qəbul edir, qalan aerportlarda yüklənmə azdır”-mənbə deyib. Digər turoperator isə bildirib ki, “Rosaviasiya”nın bundan əvvəlki xəbərdarlığından sonra onlar çarter reyslərindən imtina edib müştəriləri müntəzəm reyslərə yönəldiblər, bu baxımdan narahat deyillər.
Putin Ərdoğanla anlaşa bilməyib,


“Kommersant”ın söhbətləşdiyi ekspertlər deyiblər ki, bu yay Türkiyədə Rusiyadan 1 milyona yaxın tur bronlanıb. Rusiya turizm operatorları Assosiasiyasının məlumatına görə bu yay rusiyalı turistlərin 30-50 faizi Türkiyəni seçməyə hazırlaşır. Hazırda turpaketlərin satışı davam edir və “Rosaviasiya”nın bəyanatı ancaq xəbərdarlıq xarakteri daşıyır.

Qeyd edək ki, Suriya-Türkiyə sərhədində 2015-ci ildə Rusiyanın qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra Moskva Ankaraya qarşı bir sıra sanksiyalara əl atdı. Bunlardan biri də Rusiyadan Türkiyəyə çarter reyslərinin dayandırılması və turpaketlərin satışının dayandırılması oldu. Nəticədə Türkiyənin turizm sektoruna milyardlarla dollar ziyan dəydi və ölkənin əsas gəlir mənbələrindən olan bu sektorda ciddi böhran yarandı. Başqa sözlə, Rusiyadan turistlərin Türkiyəyə axınını məhdudlaşdırmaq Moskvanın Ankaraya qarşı təsirli vasitələrindən biri olduğu artıq sübut olunub.
Putin Ərdoğanla anlaşa bilməyib,


Bu baxımdan istisna deyil ki, “Rosaviasiya”nın yeni xəbərdarlığı da Ərdoğanla Putin arasında hansısa anlaşmanın əldə olunmamasına cavab olaraq əslində Kremlin xəbərdarlığıdır. Bu anlaşılmazlıqlar isə əsasən Suriya məsələsi ilə bağlıdır. Soçi danışıqlarında Ərdoğan rus hərbçilərinin Suriyanın şimalında PKK-nın qolu olan YPG yaraqlıları ilə çəkilmiş fotolarını Putinə təqdim edib, Putin bu fotoları araşdıracağını bildirib. Habelə Türkiyə ABŞ-ın Suriyaya raket zərbələrinə dəstək verib və yenidən Əsədə qarşı mövqeyini sərtləşdirib, onun hakimiyyətdən uzaqlaşdırılmalı olduğu barədə mövqeləri dəstəkləməyə başlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26