Interposta.Info

At belinə qalxan Putin Qərbi qorxuya saldı -

Dünya
 6-05-2017, 16:00     992

Rusiya prezidenti Vladimir Putin “kişilərin ümumdünya böhranı”ndan istifadə edərək özünün “alfa-erkək” imicini məharətlə qurub.
Publika.az xəbər verir ki, bunu Amerika antropoloqu, gender problemləri və post-kommunist ölkələrdə qadınların vəziyyəti üzrə mütəxəssis Kristen Qodsi “Azadlıq” radiosuna müsahibəsində deyib.
Professor Putinin çılpaq bədənlə at və motosikl üzərində səfərlərini şərh edib.
“Dünyada “kişilərin böhranı” ortaya çıxıb. Öz hədəfləri üçün Vladimir Putin və ona oxşar siyasətçilər böyük miqdarda kişinin qəzəbindən çox ağıllı şəkildə istifadə edirlər. Bu, əla siyasi strategiyadır və cəmiyyətin geniş qatlarına nüfuz edir”, - amerika eksperti qeyd etdi.
Onun sözlərinə görə, Putin “kişilərin böhranı”nın yarandığını hiss edən ilk şəxslərdən oldu, “millətin atası” və “alfa-erkək” imicini qurmağa çox cəld başladı: “Başqa liderlər də Putin strategiyasını götürdülər. Çünki, bu strategiya çox effektlidir”.
Amerikalı ekspert bunun Qərb demokratiyası üçün böyük təhlükə yaratdığını vurğulayıb.

interposta.info
At belinə qalxan Putin Qərbi qorxuya saldı - At belinə qalxan Putin Qərbi qorxuya saldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26