Interposta.Info

Ermənistan 7 nəfəri qətlə yetirən rus əsgəri Rusiyaya verdi

Dünya
 5-05-2017, 07:32     472

Ermənistanda 7 nəfəri öldürdüyünə görə cəzalandırılmış əsgər Valeriy Permyakov cəzasını Rusiyada çəkəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Şimali Qafqaz hərbi dairəsi məhkəməsinin nümayəndəsi bildirib.

Məlumata görə, Ermənistanla aparılan danışıqların nəticəsində belə bir razılaşma əldə olunub.

Bununla belə, Permyakovun Rusiyanın hansı regionunda cəza çəkəcəyi açıqlanmayıb.

Xatırladaq ki, 12 yanvar 2015-ci ildə Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri V.Permyakov hərbi hissəni tərk edəndən sonra Avetisyan ailəsinin yaşadığı evə girərək Avetisyan ailəsinin bütün üzvlərini, o cümlədən Araksiya Poqosyanı güllələyərək qətlə yetirmişdi. Daha sonra o, qaçmaq istərkən rus sərhədçiləri tərəfindən saxlanılmışdı. Rus hərbçi Şirak məhkəməsinin qərarı ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə ömürlük həbs olunmuşdu.

Ermənistan rus hərbçinin cəzasını ölkə həbsxanasında çəkməsini israrla istəsə də, sonda Rusiyanın iradəsi öz sözünü dedi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26