Interposta.Info

Binəli Yıldırımla Kılıçdaroğlunun

Dünya
 2-05-2017, 07:33     472

Konstitusiya Məhkəməsinin 55-ci ildönümü münasibətilə keçirilən tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım və CHP lideri Kamal Kılıçdaroğlunun gülərkən çəkilmiş fotosu müzakirələrə səbəb olub.

interposta.info xəbər verir ki, Moderator.az-ın verdiyi məlumata görə, şəkli çəkən müxbir siyasətçilər arasındakı söhbətdən yazıb.

“Mərasimin keçirildiyi salona öncə Kılıçdaroğlu, daha sonra Yıldırım və TBMM sədri daxil oldu. Protokola uyğun yanaşı oturan Kılıçdaroğlu ilə Yıldırımın yanında Qəhrəmana yer ayrılmışdı. O, əyləşərkən hər iki liderə “Sizə qonşu ola bilərəm?” sualını ünvanlayıb və Məclis sədri kimi “səsvermə keçirərək” “qəbul edənlər, qəbul etməyənlər, qəbul olunmuşdur” zarafatını edib. Bu isə tərəflər arasında gülüşə səbəb olub”, - deyə müxbir bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26