Interposta.Info

Türkiyə elə bir silah hazırladı ki... -

Dünya
 30-04-2017, 08:57     688

Türkiyə Silahlı Qüvvələrinin xidmətinə yeni hərbi texnika təhvil veriləcək.

Axar.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesi yüksək hərəkət qabiliyyətinə malik 6x6 hərbi texnikasının üzərində nəzərdə tutulan "Yavuz" mərmi sistemininin layihəsini yekunlaşdırıb.

155 millimetrlik silah sisteminin 9-12 mayda İstanbulda keçiriləcək XIII Beynəlxalq Müdafiə Səneye Sərgisində nümayiş etdirilməsi planlaşdırılır.

T-155 millimetr 52 kalibrli MKE "Yavuz" mərmi sistemi üçün istifadə edilən hərbi texnika tamamilə zirehli olaraq inkişaf etdirilib. Sistemin atışa hazırlanma müddəti ən çox 1 dəqiqə çəkir, mövqe dəyişikliyi isə 2 dəqiqə vaxt alır. Avtomobilin tam yüklü maksimum sürəti saatda 90 kilometrdir.

Sistem sursatlarla bu ay uğurla sınaqdan keçirilib.

interposta.info
Türkiyə elə bir silah hazırladı ki... -
Türkiyə elə bir silah hazırladı ki... -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26