Interposta.Info

Kürdlər 17 türk əsgərini şəhid etdi? –

Dünya
 28-04-2017, 12:38     599

Suriya-Türkiyə sərhədində, Afrin ərazisində 17 türk əsgəri şəhid olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı PKK-ya bağlı YPG-yə istinadla Rusiyanın “RİA Novosti” agentliyi yayıb. Terror təşkilatı həmçinin 3 türk əsgərinin yaralandığını da bildirib.

İddialarda Türkiyəyə məxsus zirehli texnikanın da sıradan çıxarıldığı bildirilir.

Bu açıqlamaların heç biri rəsmi təsdiqini tapmayıb. Əksinə, Türkiyə Silahlı Qüvvələri Axçaqala və Suruç arasındakı bölgəyə Suriyanın YPG-nin nəzarətində olan ərazisindən mərmi atıldığını, buna qarşılıq olaraq açılan atəş nəticəsində YPG-nin 3 terrorçusunun məhv edildiyini açıqlayıb.

Bildirilir ki, Suriyanın Tel Abyad və Kobani arasında yerləşən YPG-nin ötən gün yerli vaxtla 16:30-dan başladığı və saatlarla davam edən atışma bu gün səhər Afrindən Hataya açılan atəşlə yenidən təkrarlanıb.

Axçaqala kaymakamlığı əhalinin zərər görməməsi üçün çağırış edib və sakinlərə sərhəd istiqamətində görünməməyi tapşırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26