Interposta.Info

Hər an başlaya bilər -

Dünya
 25-04-2017, 12:36     560

Koreya Xalq Demokratik Respublikası Vonsan liman ərazisində ən böyük artilleriya təlimlərini keçirib.
Publika.az xəbər verir ki, bu haqda hökumət mənbələrinə istinadən “Renxap” agentliyi bildirib.
Agentlik qeyd edir ki, təlimlər Şimali Koreya ordusunun yaranmasının 85-ci ildönümü ilə üst-üstə düşür. Təlimlərdə ölkə başçısı Kim Çen Inın da iştirak etdiyi təxmin edilir.
Qeyd edək ki, bu gün Şimali Koreya ordusunun yaranmasının 85-ci ildönümü qeyd olunur. Ekspertlər qeyd edirlər ki, Koreya yarımadası ətrafında gərginlik bu gün pik nöqtəsinə çata bilər. Pxenyannın bu gün altıncı nüvə sınağını keçirə biləcəyi deyilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26