Interposta.Info

SSRİ-nin yetişdirdiyi İŞİD-çi

Dünya
 15-04-2017, 21:12     569

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İraqın Mosul şəhərinə aviazərbələr endirməsi nəticəsində İŞİD-in müharibə naziri kimi tanınan Əbu Ömər ləqəbli Gülmurad Halimov öldürülüb.

interposta.info Axar.az-a istinadən xəbər verir ki, Tacikistanda doğulan Halimov SSRİ-də xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət keçib.

İttifaqın süqutundan sonra Tacikistanın Xüsusi Təyinatlı Polis Alayının rəhbərliyində çalışmağa başlayan gələcək İŞİD-çi, daha sonra Prezident Qvardiyasının tərkibinə daxil olur.

Bundan əlavə, onun 5 il ABŞ-da hərbi bazaların birində də döyüş təlimi keçdiyi bildirilib.

Tacikistanlı döyüşçü 2015-ci ildə İŞİD-ə qoşulmuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26