Interposta.Info

Rusiya rəsmi agentliyi foto yaydı, aləm qarışdı -

Dünya
 8-04-2017, 18:09     1 252

ABŞ-ın Hərbi Hava Qüvvələrinin Suriyanın Şayrat aviabazasına raket zərbələri endirməsindən sonra RİA-nın yaydığı fotolarda bəzi predmetlər diqqəti cəlb edib.

Axar.az xəbər verir ki, Qərb mediası bu predmetlərin SSRİ dövründə kimyəvi silahların saxlanıldığı konteynerlərə oxşadığı barədə məlumat yayıb.

Qeyd edək ki, bu haqda məlumatı СІТeam cəmiyyəti öz Tvitter hesabında paylaşıb.

İddia olunur ki, bu konteynerlər Rusiya zavodlarında məhv edilən konteynerlərlə çox oxşardır. Xəbərlərdə bu barədə Birinci kanal da məlumat verib.

Inform Napalm cəmiyyətinin könüllüsü Mixail Kuznetsovun sözlərinə görə, şəkillərdə hər BKF-P bombasında on iki kaset zəhərli maddə var (Р-55).

Qeyd etmək lazımdır ki, kimyəvi silahların məhv edilməsi ilə bağlı olan çəkiliş və aviabazadan olan fotoları yayan RİA dövlət agentliyidir.

Digər tərəfdən, “e-nyus” nəşrinin yazdıqlarına inansaq, Rusiya Federasiyası əlində olan kimyəvi silahın 90 faizini 2015-ci ildə məhv edib və “2019-cu ildə Rusiyada kimyəvi silah qalmayacaq”.

Həmçinin qeyd etmək lazımdır ki, Suriyada kimyəvi silahların məhv edilməsinə də beynəlxalq aləmin razılığı ilə Rusiya nəzarət edirdi. Kimyəvi Silahların Qadağası Təşkilatı 2016-cı il yanvarın əvvəlində Suriya hakimiyyətinin əlində heç bir kimyəvi silahın qalmadığını açıqlamışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26